Freedom House və Açıq Cəmiyyət Fondu (Open Society) Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 27-də Vaşinqtonda müzakirələr keçicərək. Freedom House-un məlumatında deyilir ki, müzakirələr yerli vaxtla saat 12:30-dan 14:00-dək (Bakıda gecəyarısı olacaq) keçiriləcək.
Freedom House-un prezidenti David Kramer, Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Jeff Qoldştein, Avropada Sabitlik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus və Avropa və Avrasiya Bürosunun (E&E) administrator köməkçisi Paige Aleksandr Görüşün moderatorları olacaqlar.
Məlumatda xatırladılıb ki, son il ərzində Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, jurnalistlərə, hüquq müdafiəçilərinə həm xarici, həm də daxili QHT-lərə təzyiqləri təzyiqləri artırıb. Qeyd edək ki, bu, cari ildə Vaşinqtonda Azərbaycanla bağlı keçirilən üçüncü dinləmədir. (contact.az)