Dünya starları Ancelina Culi və Leonardo Di Kaprionun ardından ingilis müğənni məşhur futbolçu Devid Bekhamın xanımı Viktoriya Bekham da Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri olub. Yeni vəzifəsi çərçivəsində ilk olaraq BMT-nin QİÇS-lə mübarizə kampaniyası UNAIDS-ə dəstək vermək üçün Cənubi Afrikanı ziyarət edən xanım Bekham sağalmaz xəstəliyə tutulmuş ana və körpələrlə görüşüb.