Paris məhkəməsi Putinin mum heykəlini dağıdan Femen qrupunun üzvünü cərimələyib. Ukraynanın öz çılpaq etirazları ilə məşhur olan Femen qrupunun üzvü olan Jdanova iyun ayında Parisdə Grevin mum heykəllər muzeyində çılpaq sinəsində “Putinə ölüm” şüarı ilə Putinin heykəlini dağıtmışdı.
Putinin heykəli yıxılmışdı və “Putinin başı” əzilmişdi. İndi məhkəmə onu vandalizmə görə 1500 avro cərimə edib.
Məhkəmə qərarını Jdanova gülərək qarşılayıb. O deyib ki, bu qərar gülməlidir.
26 yaşlı Jdanova məhkəmədən sonra isə bildirib ki, qərar onun üçün gözlənilməz olub. Ancaq qeyd edib ki, onların çılpaq etirazları həmişə diqqəti cəlb edir, ona görə qərarın onun üçün əhəmiyyəti yoxdur.
Jdanova iki ildir ki, Fransada siyasi mühacir kimi yaşayır. (azadliq.org)