İlyas İsmayılov: «Insanların toplaşmaq azadlığı haqqı var, bu, təmin olunmalıdır. Bu, Konstitusiyada göstərilib»
«Mən hüquqşünasam, heç vaxt hüququn əleyhinə getmərəm»
Ədalət Partiyasının sədri, deputat Ilyas Ismayılov APA-ya müsahibəsində Ictimai Palata ilə münasibətlərinə aydınlıq gətirib. I.Ismayılov deyib ki, mətbuat onun Ictimai Palata ilə bağlı fikirlərini olduğu kimi verməyib.
“Şəxsən mən heç vaxt onların əleyhinə olmamışam. Kim onu yazıbsa, buraxıram öz vicdanına. Mən Ictimai Palatada olan insanları mənfi xarakterizə etməmişəm. Əksinə, demişəm ki, insanların sərbəst toplaşmaq azadlığı haqqı var, bu, təmin olunmalıdır. Bu, Konstitusiyada göstərilib. Mən hüquqşünasam, heç vaxt hüququn əleyhinə getmərəm. Mən demişəm ki, icazəsiz mitinqlərin tərəfdarı deyiləm. Insanların döyülməsinin, həbs olunmasının tərəfdarı deyiləm. Mən fikir söyləmişəm. Kim də bunun əleyhinə çıxır-çıxsın. Ancaq mənim dediklərim mətbuatda düzgün yazılmayıb”.