Avtobusla toqquşan minik avtomobilində 2 nəfər ölüb
Bakı-Qazax yolunun 144-cü kilometrliyində ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, Hacıqabulun Qarasu kəndi ərazisində Ağstafa sakini Tural Əmrahovun idarə etdiyi 90-HA-646 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ 2106”da olanlardan iki nəfər ölüb, ikisi ağır yaralanıb. Xəsarət alan sərnişinlər Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.