Onların fəaliyyətləri ilə bağlı məlumatınız varmı?
Bu yaxınlarda Milli Şuranın sıralarına yeni üzvlər seçildi. Onların hamısı Azərbaycan ictimaiyyətinin tanıdığı insanlardır. Bəziləri isə ölkə xaricində yaşayır və fəaliyyət göstərirlər. Həm Azərbaycanda, həm də dünyadakı demokratik proseslərə qatılan insanlardır. Bu materialda onlardan ikisinin fəaliyyətləri ilə bağlı epizodları diqqətinizə çatdıracağıq. Ukraynada yaşayan Milli Şura üzvü Yalçın Qəhrəmanoğlu və Norveçdə yaşayan polkovnik İsa Sadıqov haqqında.
Təqdim edilən videolardan birində İsa Sadıqovun Norveç paytaxtında Ukrayna və Avropa demokratları tərəfindən keçirilən «Sülh Marşı» (Marş Mira) aksiyasında çıxışı, o birində isə Yalçın Qəhrəmanoğlunun Krım türklərinin lideri, Ukrayna prezidentinin Krım məsələləri üzrə müşaviri Mustafa Krımoğlu ilə Türkiyənin ən populyar TV kanallarından olan Halk TV-də söhbətidir.
Bu videoepizodları ona görə təqdim edirik ki, Milli Şuranın yeni üzvlərinin fəaliyyət göstəriciləri haqqında kimsə şübhədə qalmasın, «niyə məhz onlar?» sualına yer olmadığını bir daha hər kəs görsün. Bu adamlar daim Azərbaycan naminə fəaliyyətdə olan, ölkəmizi və onun demokratik cəmiyyətini ləyaqətlə təmsil edən şəxslərdir.
azadliq.info