Tarixdə ilk dəfədir ki, Hindistanın ən varlı 100 adamının hamısı milyarderdir. Keçən il 100-cü yerdə olanın 635 milyon dolları var idi.
Forbes jurnalının Hindistan nəşrinin sentyabrın 25-də elan olunan yeni siyahısında birinci yerdə sənayeçi Mukesh Ambanidir- 23,6 milyard dollar. O , bir ildə 2,6 milyard dollar qazanıb.
Hindistanın 100 ən varlı adamının birlikdə sərvəti 346 milyard dollardır. Bu 100-lük bir ildə 30 faiz varlanıb. Hindistanın ən varlı adamları bununla belə dünyanın ən zəngin adamlarından xeyli geri qalırlar.
Dünyanın ən varlı adamı olan Bill Gatesin sərvəti Forbes jurnalına görə 76 milyard dollardır.