Ukraynada Donbas separatçıları özlərinin valyutasını dövriyyəyə buraxmağa hazırlaşır.
Azadlıq.info Ukrayna KİV-ə istinadla bildirir ki, separatçıların valyutası “çervoneç” adlanacaq. O, həm rublu (Rusiya), həm də qrivnanı (Ukrayna) əvəz edəcək. Separatçı rejimin rəhbərliyi bildirib ki, yeni valyuta dövriyyəyə buraxılandan sonra əhali qrivnanı təhvil verməlidir.