Milan şəhərinin apelyasiya məhkəməsi eks baş nazir Silvio Berluskoniya keçmiş həyat yoldaşına 3 illik ayrılığa görə verməli olduğu 108 mln avronu 36 mln avro azaldıb.
Beləliklə Berluskoninin həyat yoldaşına verəcəyi aylıq müavinət 3 mln avro deyil, 2 mln avro olacaq. Il Fatto Cronaca nəşri məhkəmənin bu qərarını Berluskoni üçün güzəşt kimi qiymətləndirir.
Baş nazirin keçmiş həyat yoldaşı Lario Bartolini kifayət qədər böyük sərvətə malikdir. Ancaq bununla belə keçmiş ərinin sərvəti xeyli artıq olduğundan məhkəmədən əlavə müavinət tələb edib.
Baş nazirin keçmiş həyat yoldaşı 2012-ci ilin dekabr ayında Milan məhkəməsində ayda 3 mln (bir günə 100 min avro) müavinət almaqla bağlı prosesi udub. Lakin sonradan məhkəmə dəqiqləşdirib ki, Larionun Berluskoninin malikanəsində qalmasının iqtisadi dəyəri var. 120 min kv metrlik villada Lario üç uşağı ilə birgə yaşayıb.
azadliq.info