“Azadlıq” qəzetinin 15 sentyabr tarixli sayında “Müsavatdakı kampaniyaya başqaları niyə qarışır?” başlıqlı məqalə dərc olunub. Məqlədə Müsavatın başqanlığına namizəd Səxavət Əlisoyun da fikirlərinə yer verilib. Bildirilib ki, bir sıra kənar şəxslərin və hazırda mühacirətdə yaşayan siyasi fəalların Müsavatda başqanlıq yarışına müdaxiləsi doğru deyil.
Bununla bağlı Hollandiyada mühacirətdə yaçayan müsavatçı Eldəniz Yusibov redaksiyanın poçtuna öz münasibətini göndərib. Onun yazdıqlarını təqdim edirik:
“Müsavat Partiyasının 27 sentyabrda kecirilçək qurultayı hər bir müsavtçı, müsavatsevər insan üçün çox önəmli bir hadisədir. Bu qurultayda partiyanın yeni başqanının seçilməsi həm partiya tarixində, həm də Azərbaycan siyasi həyatında önəmli bir hadisə olacaq. Bu baxımdan qurultay nümayəndələri olmayan, o cümlədən partiyanın üzvü olub ancaq Azərbaycanda yaşamayan müsavatçiların bu seçimlərə munasibət bildirmələri, Müsavat Partiyasının təbligat-təşviqat kampaniyası ilə baglı qəbul etdiyi qərarlarla heç bir ziddiyyət təşkil etmədiyi üçün bizim qurultay nümayəndələrinə müraciətimizi də normal qəbul etmək lazmdır. Başqanlıga namizəd Səxavət Əlisyun iddialarının heç bir əsası yoxdur. Səxavət bəy müraciət etmiş şəxslərin Müsavat partiyasına heç bir dəxli olmadıgi iddialarını mətbuata çıxarmaq əvəzinə, buna aydınlıq gətirmək üçün partiyanın təşkilat komitəsinə müraciət etsəydi daha məntiqli olardı. Muraciətdə isə heç bir saxtakarlıqdan söhbət gedə bilməz. Bu müraciət Avropada yaşayan müsavatçıların qapalı qrupda bir həftə ərzində müzakirələri zamanı qəbul edilib. Müzakirələrdə 4 namizədin hər biri üçün açıq səsvermə keçirilib. Başqa namizədləri də dəstəkləyənlər olub. Ancaq mütləq çoxluq Arif Hacılını dəstəkləyib. Ümid edirik ki, qrultay nümayəndələri, müsavatçılar bizim müraciətimizi anlayışla qarşılayacaqlar”.