Fransa prezidenti Fransua Olland deyib ki, “Iraq Şam Islam Dövləti”nin (IŞID) yaraqlıları qlobal cavab verilməli beynəlxalq təhlükəyə səbəb olur. Parisdə keçirilən “Iraqda sülh və təhlükəsizlik” konfransında Iraq prezidenti Fuad Məsumla birgə çıxış edən Fransa prezidenti bildirib ki, bu məsələdə vaxt itirmək olmaz.
Görüşə təxminən 30 ölkənin rəsmiləri ilə yanaşı, BMT, Avropa Birliyi və Ərəb Liqasının nümayəndələri də qoşulub. Bu, Iraqın qərbi və şimalında, Suriyanın isə şərqində geniş əraziləri ələ keçirən IŞID-ə qarşı döyüşmək üçün koalisiya yaratmaq istiqamətində ən yeni cəhdlərdən biridir.
ABŞ-ın dövlət katibi Con Kerri də Yaxın Şərqdə liderlərlə bir neçə günlük görüş keçirdikdən sonra konfransa qoşulub. O deyib ki, döyüşlərə qoşulmağa hazırlaşan ölkələrin sayı artmaqda davam edir. Bir neçə ərəb ölkəsi də lazım gəldiyi təqdirdə IŞID-ə havadan zərbələr endirmək üçün hərbi təchizat təklif edir.