Əli Əhmədov: «Bu xəbərlər yayılıb və bunları araşdırıb, həqiqətə uyğun olub-olmadığını öyrənmək lazımdır»
“Inanmaq çox çətindir ki, Gürcüstan hökumətinin nümayəndələri Azərbaycanda hər hansı bir gərginliyin artırılmasına yönələn tədbirləri həyata keçirmək istəsinlər”. Bunu YAP-ın icra katibi Əli Əhmədov deyib(APA).
Onun sözlərinə görə, “ABŞ Gürcüstan hökuməti vasitəsilə Azərbaycanda inqilabi proseslərə dəstək verir” kimi yazıları mətbuatdan oxusa da, bunun nə dərəcədə həqiqətə uyğun olması haqda fikir söyləyə bilməz:”Amma bilirsiniz ki, bəzən həqiqət çox sifətli olur. Həqiqət ondan ibarətdir ki, Azərbaycandan kənarda olan bəzi qüvvələr, ölkəmizdə sabitliyin pozulmasına cəhdlər göstərirlər. Ə.Əhmədov deyib ki, Gürcüstanın bu prosesdə iştirakına inanmaq istəmir.
“Hər halda bu xəbərlər yayılıb və bunları araşdırmaq, həqiqətə uyğun olub-olmadığını öyrənmək lazımdır”.