Avropa Birliyinin Rusiya qarşı yeni sanksiyaları iqtisadiyyatla yanaşı idman sahəsinə də təsir edə bilər. AB-nin bəzi ölkələri Rusiyanın Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından və Avropa Futbol Federasiyaları Assosiasiyasından çıxarılmasını təklif edir. Belə olan halda Rusiya klubları UEFA-nın təşkil etdiyi yarışlarda, o cümlədən Çempionlar Liqasında iştirak edə bilməz. Rusiya Futbol İttifaqı Krım komandalarını daxili çempionata qatdığına görə UEFA və FİFA-nın qaydalarını pozub. FİFA sanksiyalarla bağlı məsuliyyəti UEFA-ın üzərinə qoyub. UEFA hələlik Krım klublarının Rusiya çempionatında iştirakını tanımamaqla bağlıı bəyanatla kifayətlənib.
azadlıq.info