Aydınlar Partiyası AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin həbsini pisləyir, bunu ictimai fəallara qarşı təqib kampaniyasının davamı və söz azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirir. Bu barədə partiyanın yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, hakimiyyətin zorakı hərəkəti pülüralist cəmiyyətin formalaşmasına mane olur, ictimai fəal kəsimin susdurulmasına xidmət edir: “Həbslərin kütəlviləşməsi cəmiyyətdə xof yaratmaq, siyasi oponentləri zorakı yolla susdurmaq cəhdindən başqa bir şey deyil”.
Bəyanat müəllifləri hakimiyyəti ictimai kəsimə qarşı təqibləri dayandırmağa, günahsız həbs edilənləri azad etməyə çağırır.