Minskdə Ukraynadakı situasiyanın tənzimlənməsinə dair qrup bir aylıq fasilədən sonra işini bərpa edib. Qrupa Rusiya, Ukrayna, ATƏT, həmçinin Ukraynanın cənub-şərqindən olan nümayəndələr daxildir. Danışıqlarda Donetsk və Luqanskı təmsil edən nümayəndələr Kiyevdən xüsusi status tələb etmək niyyətindədir. Həmçinin seçkilərin keçirilməsi üçün hərbi əməliyytların dayandırılması tələb edilir.
Separatçıların «xüsusi status» dedikdə nəyi nəzərdə tutduğu tam aydın deyil. Ancaaq ötən gün Rusiya prezidenti Putin rəsmi Kiyevi «xalq respublikalarının» nümayəndələri ilə ölkənin cənub-şərqində dövlət statusunun müzakirəsinə başlamağa çağırıb.
azadlıq.info