Pentagon bildirib ki, Müdafiə Naziri Chuck Hagel bu həftə Uelsdə NATO sammitindən sonra Gürcüstana səfər edəcək. Hagel sentyabrın 3-də altı günlük səfərə başlayır. Uelsdə NATO sammitində «Ukrayna və Yaxın Şərqdə böhranlar, alyansın gücləndirilməsi» müzakirə olunacaq.
Pentagon sözçüsü John Kirby jurnalistlərə deyib ki, Hagel daha sonra Gürcüstana gedəcək.
Gürcüstan NATO-ya üzv olmağa çalışır və «Rusiyanın Ukraynadakı hərəkətlərinə görə narahatlığımızı bölüşür», Kirby deyib.
Hagel Gürcüstandan sonra Türkiyəyə Pentaqon rəhbəri kimi ilk səfərini edəcək.