Avropada 2013/2014 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşısı seçilib. O, səsvermədə Aryen Robben (Hollandiya, “Bavariya”) və Manuel Noyeri (Almaniya, “Bavariya”) qabaqlayıb.
Qeyd edək ki, K.Ronaldo 2013/2014 mövsümündə “Real”la Çempionlar Liqasını və İspaniya kubokunu qazanıb.