İraq Şam İslam Dövləti Roma Papası Fransiski hədəfə alıb. ANS PRESS-in məlumatına görə, “İl Tempo” qəzeti İtaliya kəşfiyyat orqanlarındakı mənbəsinə istinadən xəbər verir ki, İŞİD Papanı öldürməyi planlaşdırıb.
Qəzetin yazdığına görə, İŞİD tərəfindən saxta həqiqətləri yaymaqda günhlandırılan Papa Fransiskə qarşı sui-qəsd planı hazırlanıb. “Özünü İslam Dövlətinin xəlifəsi elan edən əl-Bağdadi Avropa və İtaliyada sui-qəsdlər həyata keçirərək vəziyyəti bir az da ağırlaşdırmaq istəyir. Son aylarda 50-dən artıq italiyalı gənc islam uğrunda döyüşmək üçün Suriya və İraqa gedərək İŞİD-ə qoşulub”, deyə qəzet yazır.
Qeyd edək ki, Papa Fransisk İŞİD-ın hücumlarını qınamış və İraqda yaşayan xristianlara qarşı zorakılıq edildiyini bəyan etmişdi.