AXCP Cəlilabad rayon şöbəsinin sədri, 2 aprel mitinqində polislərin ağır fiziki xəsarət yetirdiyi və sonra davamlı təzyiqlərə məruz qalan Təzəxan Mirələmli ABŞ səfirliyinə müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli Cənab Səfir!
Nəzərinizə çatdiriram ki, mən iki ildir ki, AXCP Cəlilabad rayon Təşkilatına rəhbərlik edirəm. Ötən illər ərzində Azərbaycan hakimiyyətinin təqib və təzyiqləri ilə qarşilaşmışam. Bu təzyiqlər təkcə mənə deyil, ailə üzvlərimə qarşı da aparılır. Ancaq müxalifətin 2 Aprel mitinqindən sonra mənə və ailəmə qarşı təzyiqlər davamlı hal aldı. Mitinq günü polis tərəfindən işgəncəyə məruz qaldım. Polislər məni ölümcül çəkildə döyərək agır xəsarətlər törətdilər. Bununla bagli foto faktları əminəm ki, səfirliyin əməkdaları mətbuatda görüb. Mən xəsarət aldıgım üçün xəstəxanada müalicə keçmişəm. Bununla bagli əlimdə həkim kagizi var və mənə müvvəqqəti olaraq əmək qabiliyyətimi itirməyimlə bagli sənəd verilib. Ancaq rayon icra başçısının və təhsil şöbəsinin rəhbərliyinin göstərişi ilə məni çalişdıgım orta məktəbə buraxmırlar. Fərzili kənd məktəbinin direktor əvəzi Maya Kərimova müəllimlərin gözü qarşısında bildirib ki, icra sturkturları ondan mənim əleyhimə akt tələb edirlər. Onun bunula bagli açiqlaması mətbuatda da dərc edilib. Ancaq məktəb direktoru bu tələbə əməl etmədiyi üçün işdən kənarlaşdırıldı.
İndi isə məni müxtəlif bəhanələrlə həbs etmək istəyirlər.
Döyülməyim barədə Respublika Prokurorluguna etdiyim müraciətlər isə araşdırilmır.
Sizdən xahiş edirəm ki, mənə və ailəmə təzyiqləri diqqətinizdə saxlayasınız. Xüsusilə işgəncə faktınln araşdırılmasında köməklik göstərərsiniz”.