Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində 2 Azərbaycan vətəndaşı saxlanılıb.
Türkiyədən Yunanıstanın Rodos adasına, oradan da İtaliyaya qeyri leqal yolla keçmək istəyən 135 miqranta qarşı eyni vaxtda 2 xüsusi əməliyyat keçirilib. Polisin araşdırmaları nəticəsində məlum olub ki, “Vaqabund” adlı çarter gəmisinin kapitanları Azərbaycan vətəndaşlırıdır. Kapitanlarla yanaşı saxlanılan 155 miqrant, ifadələrinin alınması üçün, Muğla şəhər polis idarəsinə aparılıblar.
Saxlanılan azərbaycanlı kapitanın adları hələlik açıqlanmır (ans press).