Samir Əliyev: «Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə Azərbaycanın neft fondu 100 milyon dollar vəsait itirib»
“Bir sıra ölkələrdən, o cümlədən Avropa Birliyi ölkələrindən kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyan Rusiya öz yasağına uzun müddət duruş gətirə bilməyəcək”. Almaniyanın kənd təsərrüfatı naziri Kristian Şmidt belə hesab edir. “Rusiyanın kənd təsərrüfatı məhsulları ilə özünü təmin etməsi səviyyəsi 60%-i keçmir. Məsələn, Rusiya təkbaşına süd məhsullarının çatışmazlığı prolemini həll edə bilməz”, – deyə nazir Almaniyanın “Frankfurter Allgemeine Sonntags-zeitung” nəşrinə müsahibəsində bildirib.
Şmidt bildirib ki, AB “Rusiyanın idxala qoyduğu qadağanı dramatikləşdirməməlidir”, düzdür, bunun Avropa fermerləri üçün nəticələri olacaq, lakin bu, “xeyli az” olacaq. Nazir AB-nin kənd təsərrüfatı istehsalçılarının kompensasiya tələbini erkən saysa da, qeyd edib ki, “zəruri olsa, onlara belə yardım ediləcək”.ÿ
Yeri gəlmişkən, Aşağı Saksoniya federal torpağının kənd təsərrüfatı naziri Kristian Mayer isə Rusiyanın Avropa mallarına embarqo qoymasından xeyli narahatdır. Onu daha çox kənd təsərrüfatı mallarının qiymətinin düşməsi qayğılandırır: “Əvvəllər Rusiyaya süd, meyvə, tərəvəz və ət ixrac edən Almaniya ilə qonşu ölkələr indi öz malları ilə alman bazarını doldururlar. Bu, ən yaxın vaxtlarda bizi problemərlə üzləşdirə bilər”.ÿ
Qeyd edək ki, sentyarın əvvəllərində AB-nin kənd təsərrüfatı nazirləri bir araya gələrək Rusiyanın embarqosundan sonra yaranmış vəziyyəti müzakirə edəcəklər.
Bəzi ekspertlər hesab edir ki, Rusiyada iqtisadi vəziyyətin ağırlaşması, rublun qiymətinin düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Belə ki, Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsinin rus rublu şəklində saxlanılması, neft fondunun Rusiya banklarında vəsaitinin olması, Rusiyadan Azərbaycana göndərilən pul kütləsi və.s məqamlar Azərbaycanı narahat etməlidir.
Iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin ticarət tərəfdaşı olan bütün ölkələrə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcək. Ekspertin fikrincə bu günə qədər tətbiq olunana sanksiyalar daha çox neft fonduna zərbə vurub və səhmlərin qiymətinin düşməsinə səbəb olub: “Rusiyaya qarşı sanksiyaların təsiri artıq görünür. Ölkədə dollar qıtlığı yaranır, milli valyuta dəyərdən düşür, ölkəyə kapital axını azalır və.s neqativ tendensiyalar hökm sürür. Bu sanksiyalar sərtləşdikcə, Azərbaycana mənfi təsiri də artacaq. Ilk növbədə sanksiyaların Azərbaycana təsiri neft fondu vasitəsilə özünü göstərdi. Çünki, neft fondununu 500 milyon dolları rus rublu şəklində saxlanılır. Bu gün rus rublu 10 faiz dəyərini itirdiyi üçün, neft fondunun vəsaitlərində də itki müşahidə olunur. Rus rublunun daha da ucuzlaşması qaçılmazdır. Digər tərəfdən yaranmış vəziyyət səhmlərin də qiymətinin aşağı düşməsinə səbəb olub. Əgər indiyə qədər bir səhmin qiyməti 4.2 qəpik idisə, indi 3.9 qəpiyə düşüb. Yəni, neft fondu səhmlərdə də əhəmiyyətli dərəcədə itirir”.
Ekspert onu da əlavə etdi ki, neft fondu Rusiyada 130 milyon dəyərənidə daşınmaz əmlak alıb. Ancaq Rusiyada biznes sahəsində və daşınmaz əmlak bazarında da ucuzlaşma müşahidə olunur: “Bu günə qədər sanksiyaların təsiri nəticəsində Azərbaycanın neft fondu 100 milyon dollara yaxın vəsait itirib. Digər tərəfdən rus rublunun ucuzlaşması Azərbaycana göndərilən pul kütləsinin azalması ilə müşahidə olunur ki, bu da əsasən əyalətlərdə yaşayanların sosial vəziyyətinə mənfi təsir edəcək. Çünki, Rusiyada işləyən soydaşlarımızın böyük əksəriyyəti əyalətlərdən gedənlərdi. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın kənd təsərrüfatı məhsullarına qoyduğu qadağanın da mənfi təsirləri ola bilər və bu sahədə müəyyən qiymət artımı yarana bilər”.
Akif