Baş nazirin sabiq birinci müavinin dostları da mərasimə getməyə ehtiyat edib
Baş nazirin keçmiş birinci müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) Ağsaqallar Şurasının sədri Abbas Abbasov qayınanasının yas mərasiminə qatıla bilməyib.
Abbas Abbasovun qaynınanası bir neçə gün əvvəl dünyasını dəyişib. Redaksiyamıza daxil olan məlumatlara görə, Abbas Abbasovun yas mərasiminə gəlməməsi Azərbaycan hakimiyyəti ilə münasibətlərində gərginliyin davam etməsiidir. Baş nazirin sabiq birinci müavini Azərbaycanda həbs təhlükəsilə üzləşəcəyini düşünüb. Məlumatlarda deyilir ki, Abbas Abbasovun Azərbaycandakı dostları da onu qayanınanasının yasına qatılmayıb. Hətta oğlu Aydın Abbasovun deputat həmkarları belə mərasimə getməyə ehtiyat edib.
Xatırladaq ki, “Milyarderlər Ittifaqı” yaranandan sonra Abbas Abbasovla Azərbaycan hakimiyyətinin arasında münasibətlər pozulub. Abbas Abbasov dəfələrlə Ilham Əliyevə sadiq olduğunu bəyan etsə də, hakimiyyət onun səmimiliyinə inanmır.