Krım tatarlarının lideri Mustafa Cəmilov maraqlı açıqlama verib
Krıma girişi qadağan edilən Ukraynanın xalq deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilov Rusiya hakimiyyətinin, şəxsən Putinin son hərəkətlərini axmaq addım adlandırıb.
Cəmilov Putinin Krıma səfərini həqiqətdə onun çaşqınlığına şahidlik etdiyini qeyd edib.
“Bizim üçün ən vacib odur ki, o, bizim torpağımızdan öz quldurlarını götürsün, istər Luqansk olsun, istər Krım olsun. Bizim gözləmələrimiz belədir. Onlar özlərini çox mənasız aparırlar, bütün dünyanın fikiriylə razılaşmadan və yalnız öz fikirlərini təkid edirlər. Amma əslində, əgər Rusiya hakimiyyətinin hərəkətlərinə baxdıqda onlar çaşqın görünürlər”, – deyə Mustafa Cəmilov deyib.
Müşahidəçilərin fikrincə, Putin mürəkkəb dilemma qarşısında qalıb. (ans)