Sosial şəbəkələrdə və mətbuatda sükan arxasına keçəndən sonra hər şeyi unudub sürət həddini aşan məmur və oliqarx balaları haqda dəfələrlə məlumatlar görmüşük.
Onlar maşını yüksək sürətlə idarə edir, yollarda “avtoş”luq edir, digər insanların həyatına təhlükə yaradırlar. Bu hərəkətlərini də əks etdirən görüntüləri lentə alıb sosial şəbəkələrdə paylaşırlar.
Daha bir belə video yayılıb. Sürət həddini aşan, “avtoş”luq edən bu dəfə məmur və ya oliqarx balası deyil, qazancı toyxanalardan çıxan müğənnilərdən biridir.