Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.
Əjdərbəy məscidində saat 8.00-da başlayan namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin, Təzəpir məscidində saat 9.00-da başlayan namaz isə QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Bayram namazının qılınmasından sonra A. Paşazadə jurnalistlərə açıqlamasında Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. QMİ sədri xalqa rifah, əmin-amanlıq arzulayıb, Qarabağ torpaqlarının işğaldan azad olunması üçün dualar etdiyini bildirib.
Azərbaycanda Ramazan bayramı hökumətin qərarına əsasən iyulun 28 və 29-da qeyd olunur.