Müdafiə naziri Ukrayna ərazisində qanunsuz silahlı formalaşmalarda şəxsiyyətləri dəqiqləşdirilməmiş insanların iştirakını təşkil edib
Ukraynanın Daxili İşlər Nazirliyi Rusiyanın müdafiə naziri Sergey Şoyqu və biznesmen Konstantin Malofeyev barəsində cinayət işi açıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hə iki şəxs qanunsuz silahlı dəstələrin yaradılmasında ittiham edilirlər. İstintaq iddia edir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu “Ukrayna ərazisində qanunsuz silahlı formalaşmalarda şəxsiyyətləri dəqiqləşdirilməmiş insanların iştirakını təşkil edib”.
Rusiya vətəndaşı, sahibkar Konstantin Malofeyevdən isə bu silahlı formalaşmaların maliyyələşdirilməsində şübhəli bilinir.