ABŞ Dövlət katibi Con Kerri Qəzza zolağında İsraillə münaqişənin davam etdirilməsinə görə Həması günahlandırıb.
Bazar günü ABŞ-ın tele şirkətlərinə müsahibələrdə Amerikanın baş diplomatı Həmas yaraqlılarının ikii həftədir davam edən və İsrail tərəfdə 20 nəfərin öldüyü halda, çoxü mülki vətəndaş olmaqla 425 Qəzza sakininin həyatını itirdiyi münaqişənin dayandırılması üçün atəşkəsi qəbul etməkdən, onun öz ifadəsilə, inadkarlıqla imtina etdiyini deyib.
Con Kerri Qəzzaya üç gün bundan əvvəl quru qüvvələr göndərən İsraili müdafiə edərək, ölkənin Həmasın atdığı raketlərdən müdafiə olunmaq hüququ olduğunu deyib. ABŞ dövlət katibi bildirib ki, Həmas raket hücumları ilə İsrail hərbi qüvvələrininin əməliyyata başlamasına yol açıb. Con Kerri Qəzzada vəziyyətin pis olduğunu deyərək, Həmasın öz məsuliyyətini tanımalı olduğunu bildirib.
Qəzzaya nəzarət edən Həmas Misirin təklif etdiyi atəşkəs planını rədd edib. Con Kerri deyib ki, ABŞ prezidenti Barak Obama atəşkəsə səy göstərmək məqsədilə onun bu yaxınlarda Yaxın Şərqdə səfər etməsini istəyəcək. (amerikaninsesi.org)