Ötən gecə İsrail ordusu Qəzzanı intensiv artilleriya atəşinə tutub
Qəzzada “Həmas” hərəkatının aparıcı şəxslərindən birinin oğlu öldürülüb.
Ötən gecə İsrail ordusunun artilleriya atəşi nəticəsində “Həmas”ın siyasi bürosunun üzvlərindən biri Xəlil əl-Hayın oğlu ölüb.
Son məlumatlara görə, intensiv artilleriya atəşi nəticəsində 4 nəfər də ölüb. Onlardan 2-nin uşaq olduğu bildirilir.
Qeyd edək ki, son iki gündə İsrail ordusunun hücumları zamanı 110-dan çox fələstinli ölüb. Qəzzada hərbi əməliyyatlar12 gündür ki, davam edir. Bu müddət ərzində 340-dan çox fələstinli ölüb, 2,5 mindən çoxu isə yaralanıb.
İsrail tərəfdən isə 3 əsgərin öldüyü, 5-nin yaralandığı bildirilir.