Bu gün səhər saatlarında Saatlı rayonunda sevgi üstündə iki gənc intihar ediblər. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Məmmədabad kəndində yaşayan iki qohum saat 05 radələrində özünü öldürüb.
Belə ki, 1993-cü il təvəllüdlü M.A. və 1997-ci il təvəllüdlü Ş.A-nın kənddəki meşədə asılmış meyitləri tapılıb. Araşdırmalar zamanı onların intihar etdikləri məlum olub.
Özlərinə qəsd edənlər yeznə-baldızdır. İlkin ehtimala görə, onlar bir-birilərinə aşiq olublar. İntihar da sevgi üstündə olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.