Azərbaycan İranı ittiham etdi; İran səfirliyindən sərt açıqlama; Tehrandan nota xəbərdarlğı gəldi
Azərbaycan hakimiyyəti Gürcüstan Daxili Işlər Nazirliyinin keçirdiyi “heroin əməliyyatı” nəticəsində düşdüyü çətin vəziyyətdən çıxmaq üçün yollar arayır. Qeyd edək ki, Gürcüstan DIN-i Azərbaycandan gələrək Türkiyəyə gedən yük avtomobilində 2 ton 790 kiloqram maye heroin aşkar ediblər. Əməliyyat nəticəsində iki nəfər Gürcüstan vətəndaşı həbs olunub. Burada əsas məsələ təbii ki, 3 tona yaxın narkotik maddənin Azərbaycandan necə keçməsiidir.
Ilk gündən olaya ciddi diqqət verən yerli və beynəlxalq media da bu suala cavab axtarır. Lakin hələ ki, Azərbaycan tərəfi baş verənlərə ağlabatan izahat verməyib. Əvvəlcə vəziyyətdən çıxmaq dövriyyəyə belə məlumat buraxıldı ki, guya Azərbaycan və Gürcüstanın hüquq-mühafizə orqanları birgə əməliyyat keçirib. Lakin Gürcüstandan tərəfdən belə bir açıqlama verilməməsi, əməliyyatın məhz gürcü polisi tərəfindən keçirilməsinin xüsusi vurğulanması bu iddianın əsassız olduğunu ortaya qoydu. Indi isə baş verənlərdə hədəf kimi Iran seçilib. Milli Məclisin deputatın Zahid Oruc “Yeni Müsavat”a müsahibəsində bu məsələyə görə məhz Iranı hədəf seçib: “Narkotranzitin Iran üzərindən daşınması 10 illər ərzində sübut olunub. Azərbaycanın media orqanları bu məsələdə bizim sərhəd-keçid məntəqələrini tənqid etməklə bərabər məsələnin əsas məğzini hədəf seçməlidirlər. Bu, Iranın siyasətidir. Ildə 40 tondan artıq narkotik Iran sərhədlərindən bir silah kimi bizə qarşı yönləndirilməkdədir…
…Əfqanıstanda belə məsələlərin Iranın xüsusi xidmət orqanlarının əli ilə hazırlanması dəfələrlə sübuta yetirilib”.
Iran tərəfinin bu ittihamlara cavabı gecikməyib. Iran səfirliyindən musavat.com-a daxil olan açıqlamanın mətnində bildirilir: “Təəssüflər olsun ki, bəzi ünsürlər Iranı ittiham etməklə ümumi rəyi çaşdırmaq və diqqəti Azərbaycan Respublikası ərazisindən Gürcüstana narkotik maddələrin tranzit edənlərdən yayındırmaq niyyətindədirlər. Iran Islam Respublikası narkotik qaçaqmalçılığı ilə mübarizədə ən bacarıqlı ölkələrdən biridir. Ölkəmiz dəfələrlə narkotik maddələrin Avropa ölkələrinə daşınmasının qarşısını almış və bu yolda çoxlu şəhidlər vermişdir. Iran Islam Respublikası bir-neçə dəfə narkotik maddələrin qaçaqmalçılığına qarşı birgə mübarizə aparmaq üçün Azərbaycan Respublikasına müraciət edib, lakin hələ də heç bir cavab almayıb”.
Açıqlamada daha sonra vurğulanıb ki, bu məsələyə görə Azərbaycanın Xarici Işlər Nazirliyinə etiraz notası təqdim ediləcək.