Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo Braziliya Futbol Federasiyasından milli komandanı çalışdırması ilə bağlı təklif alıb.
İspaniyanın məşhur idman nəşri olan “Marca” qəzetinin verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu təklifi rədd edib.
Mourinyonun 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına qədər bu təklifi yenidən nəzərdən keçirəcəyi də istisna edilmir. 51 yaşlı mütəxəssisin Braziliya yığmasını çalışdırmaqdan imtina etməsi onun “Çelsi” ilə yüksək nəticələr qazanmaq istəyi ilə izah olunur.
Qeyd edək ki, Braziliya millisinin hazırki baş məşqçisi Luis Felipe Skolarinin DÇ-2014-ün üçüncü yer uğrunda Hollandiya ilə bu gecə keçiriləcək görüşdən sonra istefaya göndəriləcəyi gözlənilir.