Ötən gün günorta saatlarında Xətaidə qadın bıçaqlanıb
Ötən gün günorta saatlarında Bakının Xətai rayonunda 32 yaşlı qadını küçədə bıçaqlayıblar.
Hüquq-mühafizə orqanları əməkdaşlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Pivə zavodu yaınlğında baş verib.
Belə ki, küçənin ortasında 32 yaşlı Aygün Allahverdiyeva bıçaqlanıb. Onu yaralı halda xəstəxanaya aparıblar. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.