İraq-Şam İslam Dövləti terror təşkilatı 400 min türkmənin yaşadığı Telafer qəsəbəsini ələ keçirib
Iraq-Şam Islam Dövləti (IŞID) terror təşkilatı 400 min türkmənin yaşadığı Telafer qəsəbəsinə ağır artilleriyalardan zərbələr endirib. Telaferə girmək istəyən IŞID silahlıları ilə 6 min türkmən könüllüsü və hökumət qüvvələri arasında bir sutkadan artıq döyüş gedib. Lent.az-ın məlumatına görə, səhər saatlarında Telaferin tam şəkildə IŞID terrorçularının nəzarətinə keçdiyi barədə xəbərlər yayılıb. Bölgədəki mənbələr IŞID-in Telaferin Qala məhələsində yerləşən tarixi Türk qalasını ələ keçirdiyini bildirirlər.
IŞID-in Telaferə girməsi ilə minlərlə türkmən qəsəbəni tərk edərək Sincar bölgəsinə köç etməyə başlayıb. Iraq dövlət televiziyası Telaferdə IŞID mövqelərinə havadan zərbələr endirildiyini, nəticədə 35 terrorçunun öldürüldüyünü bildirir. Anadolu Agentliyi IŞID-in Telaferə girdiyi barədə xəbər yayıb, Frans-Press agentliyi isə hər iki tərəfin ciddi itkilər verdiyini bildirir. Amma ölənlərin sayı ilə bağlı rəqəmlər açıqlanmır. Reuters agentliyi isə Telaferin IŞID-in nəzarətinə keçdiyini son dəqiqə xəbəri ilə çatdırıb. Terrorçular Telaferin su təchizat sistemini sıradan çıxarıblar. Qəsəbənin elektrik enercisi ilə təminatında ciddi problemlər yaranıb. Yerli mənbələr IŞID-in Telaferdə soyqırımı törətməyə hazırlaşdığını bildirir. Qeyd edək ki, türkmən şəhəri Telaferdə yaşayan əhalinin böyük əksəriyyəti şiələrdir.
Yerli tayfalar hökumət qüvvələrinə kömək edir
Iraqın şimalından alınan xəbərlərə görə isə orada IŞID-in yeni ərazilər zəbt etməsinin qarşının alınması üçün nizami qoşunların, şiə könüllülərinin və tayfa nümayəndələrindən ibarət kollektiv ordunun yaraqlılarlarla şiddətli döyüşlü davam edir.
Bu arada IŞID elan edib ki, zəbt etdiyi Mosul şəhərində və ətraf yerlərdə əsir aldığı hökumət əsgərlərini kütləvi şəkildə edam edib.
“Azadlıq” radiosnunun verdiyi məlumata görə, Iraqın baş naziri Nouri al-Maliki dünya birliyinə müraciətlə deyib ki, iraqlılar kimsənin onların əvəzinə döyüşməsini istəmirlər, lakin bu döyüşdə dünyanın yardımına ehtiyacları var.
Son xəbərlərdə deyilir ki, ötən həftə Mosulun işğalı zamanı hadisələrə biganə qalan yerli tayfalar indi hökumət qoşunlarına fəal köməklik göstərməyə başlayıblar.
Hazırda döyüşlər Mosuldan 65 kilometr qərdbdə yerləşən Tal Afar şəhərində gedir. Şəhərdəki əhalinin əksəriyyətini türkmənlər təşkil edirlər. Dini baxımdan şəhər şiələrə və sünnilərə bölünüb.
Iraqın təhlükəsizlik qüvvələri Reuters agentliyinə bildiriblər ki, hökumət Tal Afardakı yaraqlılara döyüş helikopterlərindən zərbələr endirir.
Mosulun üzərində Iraq silahlı qüvvələrinin döyüş təyyarələri uçuşlar keçirir.
Iraq təhlükəsilik qüvvələri son 24 saat ərzində 279 “terrorçunun” məhv edildiyini bildiriblər.
Təhlükəsizlik qüvvələrin bildirilər ki, IŞID-in maksimal canlı qüvvıəsi 12 min döyüşçüdən çox deyil.
Qərbli cihadçılar
ABŞ Konqresində Kəşfiyyat Komitəsinin sədri olan Mike Rogers bildirib ki, IŞID-in sıralarında çox sayda Avropa və Amerikadan olan döyüşçülər var.
Cənab Rogers vəziyyyəti “son dərəcə ağır” adlandırıb və bildirib ki, bu cihadçılar döyüş meydanlarından qayıtdıqdan sonra Qərb üçün böyük təhlükə mənbəyi olacaqlar.
Mike Rogers bildirib ki, Qərb ölkələrində doğulmuş cihadçılar öz pasportları ilə asanca ölkəyə daxil ola bilərlər.
Iraqda Maliki hökumətini devirməyə cəhdlər göstərən yeganə təşkilat IŞID deyil. Britaniya mətbuatı yazır ki, Mosulun işğalında Iraq Inqilabçıları Korpusunun döyüşçüləri də iştirak ediblər.
Iqaq Inqilabçıları Hərbi Şurasının rəhbəri, Səddamın generallarından olmuş Muzhir al Qaisi-nin sözçüsü bildirib ki, əslində onların köməyi olmadan IŞID Mosulu ələ keçirə bilməzdi.
BBC-yə müsahibəsində al Qaisi müttəfiqlərini “vəhşi” adlandırıb və iddia edib ki, onun korpusu IŞID-dən qat-qat güclüdür.
O həmçinin deyib ki, IŞID-dən fərqli olaraq müharibəni Cenevrə Konvensiyasına uyğun aparır.
Qapağı açdınsa…
Britaniyanın keçmiş baş naziri, 2003-cü il Iraq müharibəsinin təşəbbüskarlarından biri olan Toni Bleer Sky News televiziyası ilə söhbətində deyib ki, Britaniya Iraq münaqişəsinə dərhal müdaxilə etməlidir. Lakin o, əlavə edib ki, bu müdaxiə Iraq ərazisinə qoşun yeridilməsini nəzərdə tutmamalıdır.
Toni Bleer iddia edib ki, bu gün Iraqda yaşananlar Qərbin Suriyadakı fəaliyyətsizliyinin nəticəsidir.
Toni Bleer deyib ki, şüşənin ağzını açdınmı, oradan dalbadal yeni problemlər çıxacaq.
Britaniyanın keçmiş baş naziri məhz buna görə də Yaxın Şərqdə hətta diktaturalar devrikldikdən sonra da Qərbin hərbi mövcudiyyətinin saxlanmasını zəruri sayır.
Əsəd Iraqa dəstək verir
Bu arada Suriya ordusu da sərhəd üzərindən Iraq hökumət qoşunalrına dəstək verməyə başlayıb.
Suriya müxalifəti bildirir ki, bu, Əsəd rejimi ilə Nouri al-Maliki hökuməti arasında əldə olunmuş razılaşma əsasında edilir.
Suriya Insan Haqları Müşahidə Qrupu bildirib ki, Suriya hökumət qoşunları ölkənin şimalındakı Raqa və Hasake məntəqələrindəki IŞID bazalarını ağır bombardmana tutublar.
Bir vaxtlar Əsəd reciminin devrilməsi cəhdlərində müttəfiq olan Suriya müxalifəti və IŞID hazırda düşmən mövqedədirlər.
Səudiyyə Malikini şiəlikdə ittiham edir
Səudiyyə Ərəbistanında mətbuat Iraqın şiə baş naziri Maliki hökumətinin kəskin tənqidi kampaniyasına başlayıb.
Mətbuat baş naziri hazırkı münaqişənin baiskarı sayır və onu “məzhəb” siyasəti aparmaqda ittiham edir.
Səudiyyə Ərəbsitanı Suriya və Iraqdakı sünni islamçılara ən böyük dəstəyi verən ölkə kimi tanınır.
Ötən mart ayında Iraqın baş naziri Nouri al-Maliki Səudiyyəni və Qətəri terrorizmi dəstəkləməkdə ittiham etmişdi.
Kütləvi edamlar
Bu arada IŞID Bağdadın şimalındakı bir əyalətdə hökumət əsgərlərinin kütləvi güllələnməsini əks etdirən fotoları ekstermistlərə aid internet saytlarında dərc edib.
Fotolarda güllələnmə yerinə yük maşınlarında gətirilmiş əsgərlərin əvvəlcədən qazılmış xəndəklərin qarşısında edam edilməsi əks olunub.
Cərgə ilə üzüaşağı uzanmış əsirləri maskalı yaraqlılar güllələyirlər.
Britaniya mətbuatı edamın Bağdadın şimalındakı Səlahəddin əyalətində baş verdiyini, edam olunanların isə Iraqın təhlükəsizlik qoşunlarının əsgərləri olduğuqlarını bildirir.
Tükürpədici görüntülər
Mətbuat yazır ki, bu şəkillərdən bəziləri son dərəcə vahiməli olduğu üçün çap olunmayıb.
AP agentliyi Iraq hərbiyyəsinin sözçüsü general-leytenant Qassim al-Moussawi-yə istinadən fotoların saxta olmadığını bildirib.
Fotolarda vaxt və yer göstərilməsə də Moussawi dəqiqləşdirib ki, kütləvi edam Tikrit şəhərində həyata keçirilib.
Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Mosul şəhərində əsgərlərin və dinc əhalinin kütləvi edam edildiyini göstərən məlumatlar alıb.
Bu məlumatlardan birində IŞID yaraqlılarının keçmiş ABŞ bazası ərazisində 1700 əsgəri edam etdikləri bildirilir.
Kürdlər fürsəti fövtə vermirlər
“The Daily Telegraph” qəzetinin Iraqın şimalındakı kürd regionunda olan müxbiri Ruth Sherlock xəbər verir ki, IŞID-in hücumundan istifadə edən kürdlər ölkənin Suriya ilə iki sərhəd postundan biri üzərində nəzarəti ələ alıblar.
Müxbir xəbər verir ki, kürdlər vaxtilə Iraq hökumətindən ala bilmədikləri bəzi əraziləri tutmağa başlayıblar.
Qəzet yazır ki, bu arada Mosulu tərk etmiş on minlərlə didərgin dogma yurdlarına qayıtmağa başlayıb.
Ruth Sherlock yazır ki, kürdlər yaranmış vəziyyətdə ikili taktika yürüdürlər. Onlar eyni zamanda IŞID-lə döyüşən hökumət qoşunlarına dəstək verirlər.