“The Daily mail”: Putin İspaniyada kral apartamentlərində dincəlir və sutkası 8 min dollar olan super-lüks kurortda cavanlaşma prosedurları keçir
Qərbin əsas düşməni olan Rusiya prezidenti Vladimir Putin İspaniyada model Naomi Kembel və müğənni Kayli Minouqun dincəldiyi super-lüks oteldə dincəlir.
“The Daily mail” nəşrinin məlumatına görə, Putin onu Adolf Hitlerlə müqayisə edən şahzadə Çarlsla qalmaqaldan dərhal sonra Kosta Blanka sahillərində “Sha Wellness Clinic” sanatoriyasında apartament kirayələyib.
Prezidentin kirayələdiyi apartement 320 kv metr sahəni əhatə edir. Ora şəxsi hovuz, meditasiya üçün bağ, şəlalələr və fontanlar daxildir. Bundan əlavə, müştəriyə şəxsi vertolyot da təqdim edilə bilər.
Belə apartamentdə bir gecə 8 min 100 dollardıır. Nəşrə məlum olub ki, Putin sanatoriyada arıqlama proqramına yazılıb. Orda olduğu müddətdə o meyvə və tərəvəzlərdən ibarət pəhrizdədir. Bundan əlavə, o cavanlaşma prosedurları keçir.
Putinin İspaniya kurortunda neçə gün qaldığı hələlik məlum deyil. Ancaq o ora kifayət qədər böyük qarderobla gəlib. Rusiya prezidenti özü idə 93 çemodan geyim gətirib.
azadlıq.info