Eyyub Hüseynov: «Təəssüflər olsun ki, mükəmməl təhlükəsiz dondurma istehsal edən müəssisə tapmamışıq»
“Dondurma istehsalı müəssisələrində monitorinq aparmışıq. Mallara Azərbaycan istehlakçıların qida təhlükəsizliyi nişanı vermək qərarına gəlmişik. Təəssüflər olsun ki, mükəmməl təhlükəsiz dondurma istehsal edən müəssisə tapmamışıq” – bunu “Azadlıq”a Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, isti yay aylarında məhsulların təhlükəliliyi daha da artıb: “Isti yay aylarında məhsulların təhlükəliliyi daha da artır və təsadüfü deyil ki, Avropa Birliyi Azərbaycanda yeni təşəbbüslə çıxış edib. Qida təhülkəsizliyi haqqında qanun hazırlanması təşəbbüsünü qaldırıb. Təhlükəli qidanın qarşını almaq üçün operativ müdaxilə edən işçi qrupunun yaradılmasını məsələsini qaldırıb. Bu sahədə böyük problemlər yaşanır. Dondurmaların yağlılığını aradan qaldırmaq üçün 80 faiz hallarda kərə yağlarına vaxtı keçmiş bitki yağları qarışdırılır, birmənalı şəkildə quru süddən istifadə edirlər. Ancaq reklam olunur ki, təzə süddən istifadə edilir”.
Eyyub Hüseynov deyir ki, analoji problemlər mineral sularda da var.
Ramin