Azərbaycan 30 siyasi məhbusu azad etməlidir
Fransanın nüfuzlu L Express qəzeti Fransua Ollandın Bakı səfəri ərəfəsində Azərbaycanlı siyasi məhbuslar haqqında yazıb. “Fransua Ollandın Bakıya səfəri ərəfəsində Azərbaycan məhkəməsi insan haqları uğrunda mübarizə aparan 8 gəncə uzun müddətli cəzalar kəsib. May ayının 11-12-də dövlət başçısı Olland Qafqaza dörd günlük səfəri çərçivəsində Bakıda olacaqdır. Onu artıq belə bir olay gözləyir ki, Azərbaycan ədliyyəsi NİDA Gənclər hərəkatının üzvlərini 6 ildən 8 ilə qədər ağır cəzalarla cəzalandırıb. Human Rights Watch-un Fransa ofisinin rəhbəri Jan Mari Berden «L Express»ə bildirb ki, «bu, beynəlxalq ictimai rəyi təxribata çəkmək cəhdidir. Əliyev rejimi həm də onu yoxlamaq istəyir ki, Olland bu olaya necə reaksiya verəcək».
Hələ 2013-cü ili mart və aprel aylarında həbs edilmiş bu gənc fəallar kütləxi iğtişaşlar törətməkdə, xuliqanlıqda və partladıcı maddələrin hazırlanmasında və saxlanılmasında ittiham edilirdilər. Jan Mari bildirir ki, bunlar saxta ittihamlardır. Human Rights Watch prezidentə nməktub yollayıb ki, Bakıda olduğu müddətdə 30siyasi məhbusun və hələ məhkəmə prosesi davam edən bir neçə siyasi tutuqluların haqqında müzakirələr aparsın. «İnsan haqları bütün dünyanın diqqət mərkəzində olmalıdır və Bakıda bu barədə danışmamaq yolverilməzdir».
Aprel ayının 29-da İnsan haqları uğrunda mübariz Leyla Yunus və onun həyat yoldaşı ölkədən çıxmaq istərkən onları hava limanında saxlayıblar. 24 saat ərzində sorğu-suala çəkildikdən sonra onlar sərbəst buraxılıblar. Bundan bir neçə gün əvvəl isə daha bir fəal Rauf Mirqədirov məhkəmə qarşısına çıxarılaraq həbsə alınıb.
HRW təşkilatı bildirir ki, Leyla Yunusun Fransa prezidenti ilə görüşü hələ 2013-cü ildə planlaşdırılıb və bu görüş Fransanın insan haqları üzrə səfiri Fransua Zimeray tərəfindən proqrama daxil edilib. Bu görüşdə ona Fəxri Legion ordeni təqdim edilməlidir. Buna görə də Fransa rəsmiləri onunla bağlı problemə münasibət bildirməyə bilməzlər.
Jan Mari Brenden bildirir ki, Avropa Şurası Nazirlər Kabinetinə əlifba üzrə rəhbərliyi gözlənilən Azərbaycan öz yerini urvatsızlaşdırmamaq üçün 30 siyasi məhbusu azad etməlidir. Amma 93-cü ildən bəri Azərbaycanda hakimiyyəti öz əlində saxlayan Əliyev ailəsi bütün vasitəlrlə bundan yayınmağa çalışır.
azadliq.info