Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) V və VI siniflər üçün ümumilikdə 250-ə yaxın məktəbdə monitorinq imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və riyaziyyat fənlərindən aparılıb. Hər fənn üzrə imtahan müddəti 1 saat 30 dəqiqə olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. XI sinif şagirdləri üçün monitorinq imtahanları isə Bakıda 22, 23, 24 aprel, digər şəhər və rayonlarda 29, 30 aprel tarixlərində keçiriləcək. Qeyd edək ki, ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdləri üçün rayonlarda 14-15 aprel, Bakı şəhərində 17-18 aprel tarixlərində monitorinq imtahanları keçirilib.