Futbolçuya 2011-ci ildə xərçəng diaqnozu qoyulmuşdu
İngiltərə Premyer Liqası komandalarından olan “Vest Hem Yunayted”in gənc oyunçusu dünyasını dəyişib.
“Vest Hem Yunayted”in 20 yaşlı hücumçusu Dilan Tombidesin xərçəng xəstəliyindən öldüyü bildirilib.
Gələcəyin parlaq futbolçusu olaraq söylənilən Tombides ilk dəfə 2012-ci ilin sentyabr ayında Premyer Liqa kuboku matçında “Vest Hem Yunayted” formasını geyinmişdi. O, eyni zamanda Avstraliyanın 17-21 yaşlılardan ibarət milli komandasının şərəfini qoruyrdu.
Qeyd edək ki, futbolçuya 2011-ci ildə xərçəng diaqnozu qoyulmuşdu.