Ukrayna ilə bağlı anlaşmalar gerçəkləşməsə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən başqa yolu qalmır
ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Cenevrədə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar məhsuldar olub, amma bütün razılaşmaları həyata keçirmək lazımdır.
Dövlət katibi bildirib ki, Ukrayna ilə bağlı anlaşmalar gerçəkləşdirilməsə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən başqa yolu qalmır.
Kerri vurğulayıb ki, diplomatlar vəziyyətin düzəldilməsi və ölkədə təhlükəsizliyin bərpa edilməsi üçün üçün konkret addımlar barədə razılaşıblar.