“Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisini pozmağa çalışır”. Bunu Ukraynanın baş nazir təyin olunmuş Arseni Yatsenyuk bildirib. Yatsenyukun sözlərinə görə, Rusiya yalnız Ukraynadakı siyasi vəziyyəti gərginləşdirmək üçün bir oyun aparır. Belə planların qarşısını almaq üçün isə ölkənin birliyi lazımdır.
Yatsenyuk Kiyev hakimiyyətinin əleyhinə etiraz edən bütün iştirakçılar üçün əfv ehtimalı olduğunu qeyd edib.