«Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi üzərinə götürməyə hazırlaşan ölkədə jurnalistlərin həbsi bizi təəccübləndirir»
Qəzet və Xəbər Nəşr Assosiasiyası, eləcə də Dünya Redaktorlar Forumu həbsdə olan jurnalistlərin azad olunması üçün kampaniyaya başlayıb. “30 Gün Azadlıq üçün!” adlanan kampaniya 3 may – Beynəlxalq Mətbuat Azadlığı Gününə qədər davam edəcək. Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün kampaniya çərçivəsində Ilham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə yazılıb:
“Bu kampaniyanın tərkib hissəsi kimi, yazaraq, Sizi Hilal Məmədov və Azərbaycanda həbs edilmiş digər jurnalistləri azadlığa buraxmağa çağırırıq. Hüquq müdafiəçisi və “Tolışi Sədo” qəzetinin baş redaktoru olan Hilal Məmmədov 2012-ci ilin iyun ayında narkotik saxalamaq ittihamı ilə həbs edilib. Daha sonra ona qarşı Iranın xeyrinə casusluq, vətənə xəyanət və milli zəmində nifrət oyatmaq kimi ittihamlar irəli sürüldü. Hilal Məmmədov ədalətli mühakiməyə dair beynəlxalq standartlara cavab verməyən, çoxsaylı qanun pozuntuları ilə keçən məhkəmə nəticəsində 5 il həbs cəzasına məhkum edildi. Biz qəti əminik ki, Hilal Məmmədov jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs olunub. “Tolışi Sədo” qəzetinin baş redaktoru olmuş, 2008-ci ildə həbs edilərək, məruz qaldığı işgəncələr nəticəsində bir ildən sonra dünyasını dəyişmiş Novruzəli Məmmədovun başına gələnlərin Hilal Məmmədovla bağlı təkrarlanacağından ehtiyatlanırıq.
Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürməyə hazırlaşdığı bir vaxtda, hökumətdəki korrupsiya halları və hüquq pozuntularını işıqlandıran jurnalistlərin habsdə qalması bizi təəccübləndirir. Bizə bəllidir ki, hazırda Hilal Məmmədovla yanaşı, daha yeddi jurnalist və blogger dəmir barmaqlıqlar arxasındadır. Buna görə də Sizi jurnalist fəaliyyətini həyata keçirdiyinə görə həbs edilmiş şəxsləri azad etməyə çağırırıq!”