«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Bəxtinizin gətirəcəyinə ümid etməyin. Gün ətrafdakılarla münasibətlərinizdə yaxşılığa doğru dəyişiklik vəd edir. Küsülülərin barışacağı gündür.
BUĞA
Bu gün böyük məbləğli alş-veriş etmək məsləhət deyil. Bu gün bəziləri sizi həyəcanlanmağa vadar edəcək. Bəzi münasibətləri pozmaq fikrinə düşəcəksiniz.
ƏKIZLƏR
Ciddi problemləri həll edəcəksiniz. Həyatın yeni mərhələsinə qədəm qoyacaqsınız. Bu baxımdan sizi əvvəlki günlərdən daha yaxşı həyat gözləyir. Bir sıra xırda uğursuzluqlar da istisna deyil.
XƏRÇƏNG
Çətin gündür. Yaranmış problemlərə düzgün yanaşın. Günün ikinci yarısında dostlardan yardım istıyı bilərsiniz. Onlar sizi rədd etməyəcək.
ŞIR
Ev işlərinin öhdəsindən yaxşı gəlirsiniz və əyləncəyə də vaxt qalır. Maraqlı görüşlərinizin olacağı bildirilir. Bu gün ayaqqabı almaq məsləhət görülmür.
QIZ
Ilk baxışdan işləriniz pis getmir. Romantik macəranın başlanacağı da ehtimal olunur. Ailə problemləri ciddi maliyyə xərcləri tələb edəcək.
TƏRƏZI
Xoşagəməz vəziyyətə düşmüsünüz. Yardım edəcəyini söz verən adam vədinə xilaf çıxacaq. Bahalı alış-verişdən uzaq durun, qənaətcil olun.
ƏQRƏB
Ehtimal ki, dost və ya qohumların problemlərinin həllinə vaxtınız gedəcək. Bürcün bəzi nümayəndələri yaxın gələcəklə bağlı planlarında dəyişikliklər etməli olacaqlar. Yeni düşmən qazanmaq təhlükəsi də var.
OXATAN
Uğursuz gündür. Sizin günahınız üzündən mübahisələr, konfliktlər yaşanacaq. Sevdiyiniz şəxlə dil tapmaq da asan olmayacaq.
OĞLAQ
Qarşı tərəfin fikirlərini düzgün oxumaq bacarığınız sizə ilk dəfə gördüyünüz adam barədə düzgün təəssürat yaratmaq imkanı verir. Gün romantik və dostluq münasibətlərinin təməlinin qoyulması baxımından da əlverişlidir. Səhhətinizə qarşı diqqətli olun.
DOLÇA
Gün kommersiya işlərində uğur vəd edir. Yaxın adamınızdan bahalı hədiyyə, xoş sürpriz alacağınız ehtimalı da var. Şəxsi müstəvidə pozitiv tendensiiyalar hökmranlıq edəcək.
BALIQLAR
Ehtiyatlı olun, aldana bilərsiniz. Bu gün sizin etibarınızdan istifadə edənlər az olmayacaq. Bu gün pul borc vermək, yaxud kredit götürmək, böyük məbləğli sövdələşmələrə imza atmaq məsləhət deyil.