Fuad Qəhramanlının ardınca 2 avtomobil düşüb
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qanunsuz olaraq izlənilir. Bu barədə “Azadlıq”a Qəhrəmanlının özü məlumat verib.
Sədr müavinini izləyənlər 2 avtomobillə hərəkət edirlər. Onlardan biri 90-CJ-624 dövlət nömrə nişanlı boz rənqli Toyota Korolla, digəri isə 10-TB-697 dövlət nömrə nişanlı Tofaş avtomobilidir.
Qəhrəmanlı Toyota markalı avtomobillə izləndiyini 3 gün qabaq aşkarlayıb. Bir gün sonra isə onu izləmə prosesində “Tofaş”ın da iştirak etdiyini hiss edib.
Qəhrəmanlı baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi mənasız sayır. Çünki izləməni hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyini və müraciətə etinasız yanaşılacağını hesab edir.
Xatırladaq ki, bir neçə gün qabaq da AXCP sədri Əli Kərimli qanunsuz izlənmişdi.
İnformasiya şöbəsi