Gülağa Aslanlı: «Kiminsə Müsavatın qərargahına diplomatla daxil olub, diplomatsız çıxması xəbəri onu yayan insanın beyninin zay məhsuludur»
Müxalifətin fəallaşması hakimiyyəti ciddi təlaşa salıb. Artıq hakim partiya yetkililəri bütün mümkün variantlara əl ataraq müxalifəti ləkələməyə çalışır. YAP icra katibinin müavini Siyavuş Novruzov deyir ki, 2 aprel mitinqi zamanı xarici ölkə səfirlikləri nümayəndələrinin aksiya iştirakçılarını necə istiqamətləndirdiyini görüb. Dünən isə “Yeni Azərbaycan” qəzeti yazıb ki, SIA agentliyinin müxbiri Böyük Britaniya səfirliyi əməkdaşının Müsavat Partiyası qərargahına qovluqla daxil olub, bir müddət sonra qovluqsuz çıxdığını görüb. Müxbirin müşahidəsi iqtidar KIV-lərinə qovluqda böyük məbləğdə pul olduğu qənaətinə gəlməyə əsas verib. Hakim partiyanın qəzetinin ehtimalına görə, Ictimai Palatanın aprelin 16-na təyin etdiyi mitinqi maliyyələşdirməyi Böyük Britaniya səfirliyi öz üzərinə götürüb.
Bu məlumata Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin cavabı özünü çox gözlətmədi. Səfirliyin mətbuat üçün yaydığı məlumatda deyilir ki, SIA agentliyinin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaya maliyyə dəstəyi göstərilməsinə dair yaydığı məlumat həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır.
Bu məlumatla bağlı Müsavat Partiyasının da mövqeyini öyrəndik. Müsavat başqanının müavini Gülağa Aslanlı ölkədə fəaliyyət göstərən hər hansı səfirlik nümayəndəsinin partiyaya gəlib-getməsinin təəccüb doğuran iş olmadığını bildirdi. Lakin belə bir şəxsin Müsavatın qərargahına diplomatla daxil olub, diplomatsız çıxması xəbəri onu yayan insanın beyninin zay məhsulu ola bilər. Belə bir hal olmayıb və Müsavat Partiyası heç vaxt xarici vətəndaşlardan, xarici ölkə səfirliklərindən maliyyə dəstəyi almayıb: “Azərbaycan iqtidarı nümayəndələri, Milli Məclisdən tutmuş Prezident Administrasiyasına qədər, xarici ölkələrdən qrant alırlar. Onlardan danışsınlar. Yaxud Ilham Əliyevin Dubay mülklərindən danışsalar, daha yaxşı olar. Daha həyasızlıqlarına salıb yalan informasiya yaymasınlar”.
G.Aslanlının sözlərinə görə, Müsavat Partiyasının maliyyə mənbələri tam açıqdır və burda gizli heç nə yoxdur.
Müsavat başqanının müavini hakimiyyətin 2 aprel mitinqindən sonra çaşqınlıq içində olduğunu və belə məlumatların bundan irəli gəldiyini də qeyd etdi: “Obama ilə Ilham Əliyevin görüşünü təşkil etmək istəyəndə Amerika Azərbaycanın bir nömrəli müttəfiqi olur. Amerika hökuməti də, prezident də təriflənir. Elə ki, Amerika Azərbaycanda insan haqları ilə bağlı sərt fikirlər deyir, yaxud mitinqdə həbs olunan və işgəncəyə məruz qalanların istintaq işinin normal aparılmasını, həbsdə olanların buraxılmasını tələb edir, onda Amerika müxalifətin müttəfiqi elan edilir”.
G.Aslanlı insan haqlarını, söz azadlığını, sərbəst toplaşmaq azadlığını müdafiə edən bütün təşkilatların müxalifətin dostu olduğunu da vurğuladı.
Fizzə
YAP səfirlikləri şantaj edir