Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Necdət Özəl Azərbaycana rəsmi səfərə gəlir.
“Media forum” saytının məlumatına görə, baş qərargah rəisinin səfəri aprelin 1-dən 4-dək davam edəcək. Səfər Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dəvəti ilə baş tutur.
Baş Qərargah rəisi Azərbaycana böyük nümayəndə heyəti ilə gəlir. Nümayəndə heyətinə qoşun komandanları, hərbi sənayenin təmsilçiləri, hərbi-siyasi analitiklər daxildir.
Necdət Özəl Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşəcək, prezident İlham Əliyevin qəbulunda olacaq. Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı durumu, əlaqələrin genişləndirilməsi və regiondakı hərbi-siyasi durum müzakirə olunacaq.
Baş qərargah rəisinin Azərbaycanın hərbi-sənaye müəssisələrinə, hərbi hissələrdən birinə baş çəkməsi də nəzərdə tutulub.