Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, iclasda iştirak etməli olan vəkil Elçin Sadıqov məhkəməyə gəlmədiyi üçün proses aprelin 1-nə təxirə salınıb.