Rada Mejiqorye iqamətgahını dövlət mülkiyyəti elan etdi
Ukraynanın Ali Radası devrilmiş prezident Yanukoviçin Mejiqoriyedəki rezidensiyasının dövlət mülkiyyətinə verilməsi haqda qərar qəbul edib. Qərara 340 deputatdan 324-ü səs verib.
Mejiqorye rezidensiyası fevralın 22-dən boşaldılıb və mühafizəsiz buraxılıb. Ona Maydanın müdafiə dəstəsinin üzvlər və azsaylı dövlət təhlükəsizlik əməkdaşları keşik çəkib.
İqamətgah insanların üzün açıq elan olunub və Yanukoviçin cah-cəlalını görməyə gələnərin ard-arsı kəsilməyib.
Mühafizə dəstəsi rezidensiyaya əvvəlcə jurnalistləri buraxıblar. Daha sonra görmək istəyənlərə şərait yaradılıb.