Aprelin 2-də birləşmiş müxalifət böyük dəyişikliklərin əsasını qoydu
İctimai Palata aprelin 2-si saat 14.00-a təyin etdiyi mitinqi polis qəddarlığına rəğmən keçirdi. Aksiyanın “Fəvvarələr meydanı”nda keçirilməsi planlaşdırılsa da, Ictimai Palataya daxil olan partiyanın fəalları təxminən 2 saatdan artıq şəhərin mərkəzi hissələrində “Azadlıq”, “Istefa”, “Diktaturaya yox” şüarları səsləndirdilər.
Həbslər aksiyadan əvvəl başladı
Hələ mitinqdən bir neçə gün əvvəl həbslərə start verilməsi, AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında “zəhmətkeşlər”in etiraz aksiyasının təşkili və s. bu kimi tədbirlərdən aydın sezilirdi ki, 2 aprel mitinqi hakimiyyəti qorxuya salıb. Mitinq günü də səhər saatlarından başlayaraq fəalların ovu davam etdirildi. Aksiyaya bir neçə saat qalmış bəlli oldu ki, artıq xeyli saydı fəal həbs edilib. Özü də həbslər təkcə paytaxtda deyil, ölkə boyu həyata keçirilib. Həmçinin polislər paytaxtın bütün giriş-çıxışlarını əyalətlərdə həbslərdən yayınan müxalifət fəallarının aksiyaya qatıla bilmək imkanlarını məhdudlaşdırmaq üçün nəzarətə götürmüşdü.
Yaşar Əliyevdən jurnalistlərə qarşı qaba davranış
“Fəvvarələr meydanı” da Çevik Polis Alayının əməkdaşları tərəfindən mühasirəyə alınmışdı. Heç kim meydana buraxılmırdı. “Asayiş keşikçiləri” hətta jurnalistlərin də meydana girməsinə icazə vermirdilər. “McDonalds”ın yanında media nümayəndələrindən bəziləri bu qanunsuzluğa etiraz edərkən polisin zorakılığı ilə üzləşdilər. Bu zorakılığın başında Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini Yaşar Əliyev dayanırdı. Onun jurnalistlərlə kobud rəftarı poqon yoldaşlarını da media mənsublarına diş qıcamağa həvəsləndirirdi…
YAP-çılar yenə yeyib-içməyə gedirdilər
Nizami küçəsində YAP-çı deputatlar Hadı Rəcəbli, Mübariz Qurbanlı və Siyavuş Novruzov gözümüzə dəydi. Bəlli oldu ki, YAP-çılar 12 mart mitinqində olduğu kimi bu dəfə də “Tarqovı”ya yeyib-içməyə gedirlər. Mübariz Qurbanlının iddiasına görə, onların ərazidə görünməsi Ictimai Palatanın aksiyası ilə bağlı deyil. Sən demə, YAP-çılar hər gün “Tarqovı”da yeyib-içirlərmiş…
Aksiya başlandı
Nəhayət, saat 14.00-da aksiyaya start verildi. AXCP fəallarının çoxluq təşkil etdiyi bir qrup aksiyaçı “Xaqani” Ticarət Mərkəzinin qarşısında “Azadlıq”, “Istefa” şüarları səsləndirməyə başladılar. Bunu görən polis hücuma keçdi və xüsusi qəddarlıq nümayiş etdirdi. Onlarla aksiyaçı polisin amansızlığına məruz qaldı. AXCP fəalı Ramiz Kamalın qolu sındırıldı. Partiya sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, fəallar Mübariz Kərimov, Şaiq Abdullayev, Ilham Puşan, Ağaverdi Puşan, Şirəli Şirəliyev, Əlizadə Əhmədov, Təhməz Təhməzov, Inqilab Kərimov, Iltifat Mehdiyev zorakılığa məruz qaldılar. Polisin həmləsi zamanı təxminən 20-dən artıq aksiyaçı zorakılıqla həbs edildi. Polisin qəddarlığına baxmayaraq iştirakçılar aksiyanı “Malakan” bağında davam etdirməyə başladılar. Polis aksiya iştirakçılarının qorxmadığını görüb bir qədər də qəddarlaşdı. “Malakan” bağında olan hər kəs polis dəyənəyinin zərbəsindən dadmalı oldu. “Asayiş keşikçiləri” hətta qadınlara belə zor tətbiq etməkdən çəkinmədilər.
Əliavtomatlı polislər
Aksiya iştirakçıları bu dəfə Rus Dram Teatrının yaxınlığına toplaşdılar. Bu zaman əraziyə əlavə polis qüvvələri cəlb edildi.
Avtomatla silahlanmış yeni dəstənin gəlişindən sonra polis növbəti həmləni etdi. Bu zaman xeyli sayda aksiyaçı saxlanıldı. Polislər onları dəyənəklə döyə-döyə yaxınlıqdakı avtobusa mindirdilər. Qəddarlığa məruz qalanlardan AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli ağır xəsarət aldı.
Daha sonra polislərdən biri avtobusa gözyaşardıcı qaz buraxdı. Bu isə avtobusdakıların halının pisləşməsinə səbəb oldu. Bunu görən asayiş keşikçiləri dərhal avtobusu ərazidən uzaqlaşdırdılar.
Bir qrup əliavtomatlı polis isə Mərkəzi Univermaq istiqamətindən “Fəvvarələr meydanı”na daxil olmaq istəyən Müsavat Partiyası Icra Aparatının rəhbəriÿ Arif Hacılı, onun qardaşıÿ Mustafa Hacıbəyli, Müsavat Partiyasının başqan müaviniÿ Tofiq Yaqubluÿ və daha 15 nəfərə yaxın müsavatçını döyə-döyə avtobusa mindirərək naməlum istiqamətə aparıblar.
Gənclərin AZADLIQ yürüşü
Polislər aksiyanın bitdiyini zənn edərək nəfəs dərmək istəyirdilər ki, gənclər Nizami küçəsi boyunca müxtəlif şüarlar səsləndirərək yürüşə başladılar. Zireh və silahla yüklənmiş polislər, həm də yorulduğundan gəncləri təqib edə bilmədilər. Onlar Nizami küçəsindən Rəşid Behbudov küçəsinə keçərək Mərkəzi Bank istiqamətində irəliləməyə başladı. Bu zaman aksiyanı kənardan seyr edən sıravi vətəndaşlar da polisin olmadığını görüb onlara dəstək verdi. Gənclər bir qədər də Heydər Əliyev parkının qarşısında şüarlar səsləndirərək 28 may metrostansiyasına tərəf istiqamət götürdülər. Polislər yalnız orada gənclərin qarşısını kəsə bildilər. 10-larla aksiya iştirakçısı həbs edildi. Digərləri isə polislərdən yayınaraq ətrafa səpələndi.
Bundan sonra bir qrup müxalifətçi aksiyanı Nizami kinoteatrının qarşısında davam etdirdi. Lakin polis zorakılıqla aksiyanı dağıtdı. Həmin vaxt satirik şair Mirzə Sakit polisin zorakılığına məruz qaldı.
Əli Kərimliyə dəstək aksiyası
Lakin aksiya hələ bitməmişdi. Aksiya iştirakçılarının son dayanacağı isə AXCP sədri Əli Kərimlinin evinin qarşısı oldu. Onlar Əli Kərimliyə dəstək ifadə edən şüarlar səsləndirməklə yanaşı, hakimiyyətin AXCP sədrinə qarşı apardığı çirkin kampaniyanı lənətlədilər. Fəalların Əli Kərimlinin evi qarşısına toplandığından xəbər tutan polislər dərhal əraziyə gələrək aksiyanı dağıtdı. Xeyli sayda fəal saxlanılaraq Yasamal rayon Polis Idarəsinə aparılıb. Orada saxlanılanlardan AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır, partiyanın gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı və Müsavatın gənclər təşkilatının sədri Tural Abbaslı vəhşicəsinə döyülüb.
Hakimiyyətin təxribatları
Demokratik qüvvələrə “dağıdıcı” yarlığı yapışdırmaq üçün hakimiyyət 2 aprel aksiyasında bir sıra təxribatlar törədib. Lev Tolstoy küçəsiylə Səməd Vurğun küçəsinin kəsişməsində “Bank Standard”ın və kompyuter mağazasının şüşələri sındırılıb. Şahidlərin sözlərinə görə, şüşəni sındıranlar daşları ciblərindən çıxarıb atıblar.
Lakin media mənsubları həmin ərazidə polisin əlində armatur olduğunu görüb.
Həmçinin Nəsimi heykəlinin yaxınlığındakı yeni tikilinin də şüşələri sındırılıb. Jurnalistlər onların bir neçəsini tanıyıb, onların bəzisinin mülki geyimli polislər olduğunu deyiblər. Müsavat Göyçay rayon təşkilatının üzvüÿ Samir Abbaslıÿ bildirib ki, Nəsiminin heykəli yaxınlığında binaların şüşələrini sındıranların şəkillərini çəkiblər və bu şəkilləri internetdə yayacaqlar. O, bunu hökumətin təxribatı adlandırıb.
Mitinqdə həbs olunanlar
İctimai Palatanın (İP) 2 aprel mitinqi polisin qəddarlığı yanaşı kütləvi həbslərlə yadda qaldı. Mitinqdə yüzlərlə adam həbs olunub. Müxtəlif mənbələrdən əldə etdiyimiz tam olmayan siyahını təqdim edirik. Onu da qeyd edək ki, mitinqdə İP-nin üzvü olmayan partiya üzvləri və bitərəff şəxslər var. Növbəti sayımızda onlar haqda ətraflı məlumatlar əldə edib yayımlayacağıq…
AXCP üzvləri:
1. Həsən Kərimov (AXCP Ali Məclisinin sədri – mitinq başa çatandan sonra həbs olunub)
2. Gözəl Bayramlı (sədr müavini)
3. Asəf Quliyev (sədr müavini)
4. Fuad Qəhramanlı (sədr müavini)
5. Şakir Abbasov (sədrin müşaviri)
6. Xaliq Bahadır (Rəyasət Heyətinin üzvü)
7. Rövşən Quliyev (Rəyasət Heyətinin üzvü- mitinq başa çatandan sonra həbs olunub)
8. Məhəmməd Məcidli (şöbə müdiri)
9. Ramiz Kamal (şöbə müdiri)
10. Asif Yusifli (sədrin müşaviri)
11. Mənsum Bayramov (rəyasət heyətinin üzvü, aksiyadan öncə tutulub)
12. Əbülfəz Qurbanlı (Gənclər Komitəsinin sədri)
13. Təzəxan Mirələmov (Cəlilabad rayon şöbəsi – sədr)
14. Səttar Şahlarov (Sabirabad rayon şöbəsi – sədr)
15. Məcid Mehralıyev (Sabirabad rayon şöbəsi)
16. Qafur Əliyev (Sabirabad rayon şöbəsi)
17. Tofiq Zeynallı (Sabirabad rayon şöbəsi)
18. İmran Hüseynov (Sabirabad rayon şöbəsi)
19. Şirəli Şirəliyev
20. Aysel Saday
21. Bəyim Həsənli
22. Elçin Həsənov
23. Əlizadə Əhmədov
24. Şaiq Abdullayev
25. İltifat Mehdiyev
26. Dəyanət Babayev
27. Vüqar Qurdqanlı
28. İlham Rəsulzadə
29. İlham Püşan
30. Ağaverdi Püşan
31. Mübariz Kərimov
32. İnqilab Kərimov
33. İxtiyar Hüseynov
34. Əli Abdullayev
35. Cavanşir Hüseynov
36. Hacı Abbasov
37. Mirzə Sakit
38. Natiq Ədilov (“Azadlıq”ın əməkdaşı – sərbəst buraxılıb)
39. Seymur Babayev (“Azadlıq”ın əməkdaşı)
40. Kəmalə Xəlilova
41. Asif
42. Akif Ellazov
43. Xanlar Zülfüqarov
44. Elbrus Məmmədov
45. Ağaseyid
46. Viya Zöhrabov
47. Təranə Cumayeva
48. Babək Həsənov (Saatlı rayon şöbəsi)
49. Qədirov Vüqar (İmişli rayon şöbəsi)
50. Fərhad Əliyev.
51. Anaxanım
52. Eldar Hüseynov (Rəyasət heyətinin üzvü)
53. Şöhrət Məmmədov (Qazax rayon şöbəsinin sədri)
54. Məqsəd Mirzəyev (Qazax rayon şöbəsinin fəalı)
55. Rizvan Ələkbərov (Gədəbəy rayon şöbəsinin sədri)
56. Ramin Ələkbərov (Gədəbəy rayon şöbəsinin fəalı)
Mitinq günündən əvvəl tutulanlar
57. İlham Hüseynli (Rəyasət Heyətinin üzvü – 7 sutka həbs)
58. Nemət Əliyev (Rəyasət Heyətinin üzvü – 7 sutka həbs)
59. Şahin Həsənli (Rəyasət Heyətinin üzvü)
60. Kərim Mehdiyev (sədrin mühafizə xidmətinin rəhbəri – 13 sutka həbs).
Müsavat Partiyasının üzvləri
1. Niyaz Nəsirov
2. Əlipənah Rzalı
3. Rüstəm Rüstəmov
4. Rahim Axundov
5. Səhhət bəy
6. Oqtay Tahirov
7. Mehman Kərimli
8. Azad Həsənov
9. Cavanşir Əliyev
10. Dünyaxanım Vahabova
11. Yeganə Hacıyeva
12. Aydın Qədimov
13. Tural Abbaslı
14. Elmin Xakiyev
15. Arif Hacılı
16. Tofiq Yaqublu
17. Mustafa Hacılı
18. İkram İsrafil
19. Əhəd Məmmədli
20. Zakir Məmmədzadə
21. Elşən Həsənov
22. Rövşən Həsənov
23. Xanım Mirzəyeva
24. Elşad Budaqov
25. Təbriz Əsgərzadə
26. Zaur Tağıyev
27. Elşad İsrafilov
28. Elçin Cərullayev
29. Rövşən Dəmirli
30. İsa Məmmədli
31. Yunis Abdullayev
32. Əli Qarayev
33. Rövşən Muradov
34. Aydın Acalov
35. Elnur Mustafazadə
36. Ziya Qarayev
37. Rəşad Ağaquliyev
38. Ələkbər Əliyev
39. Rəşad Ağaquliyev.
KXCP üzvləri
1. Fikrət Cəfərli
2. Şakir Məmmədov
3. Gülağa Adıgözəlov
4. Ələddin Əliyev
5. Məmmədiyyə Məmmədov
6. Rahət Kərimov
7. Müşfiq Abdullayev.
AMİP üzvləri
1. Əli Orucov
2. Əlimusa bəy
3. Absəddin Nəbiyev
4. Elçin Cəfərov.
İctimai Palatanın üzvləri
1. Pənah Hüseyn
2. Zəfər Quliyev
3. Köçəri Nağıbəyli
4. Şahvələd Çobanoğlu
5. Namizəd Səfərov
6. Pərvin Səmədov
7. Ağasif Şakiroğlu.
Digərləri
1. Cəmil Hacıyev – ADP
2. Elxan bəy – AXP
3. Hikmət Ağayev – bitərəf
4. Ülvi Quliyev – bitərəf
5. Əfqan Muxtarlı – jurnalist
6. Emil Sakitoğlu –VHP
7. Seymur Əsədli – VHP
Vidadi, Ramin