Əgər Ukraynada müxalifət hakimiyyətə gəlsə, Rusiyanın bu ölkəyə satdığı qazın qiyməti dəyişməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Brüsseldə keçirilən Rusiya-Avropa İttifaqı sammitindən sonra keçirilən mətbuat konfransında bəyan edib. Putin Yuliya Timoşenkonun rəhbərlik etdiyi hökumətlə dialoq apardığını da yada salıb və bildirib ki, Rusiya üçün Ukraynanın kredit qabiliyyətləi olması vacibdir.
Putin Qazpromun Naftoqazla qazın qiymətinin ucuzlaşması ilə bağlı əlavə razılaşmanı təsdiq etdiyini də qeyd edərək bu pulların qayıdacağına əmin olmaq istədikləri bildirib.
azadlıq.info