Üsulsuzluq və rüşvət iddiası ilə başlayan 17 dekabr əməliyyatı haqqında danışan Rəcəb Tayyib Ərdoğan Kılışdaroğluna da cavab verdi.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan:-“Son zamanlar müxalifət övladlarıma qarşı “böhtan atma kampaniyası” na başlayıb. Açıq və dəqiq deyirəm. Əgər övladlarımdan biri rüşvətə qarışsa bir dəqiqə də yanımda saxlamaram. Övladlıqdan rədd edərəm. Övladlarımın sosial fəaliyyətindən narahat olan müxalifət aynaya baxsın. Bunların keçmişi qaranlıqdır. Bunların dövründə millət dərmanını belə ala bilmirdi.”-deyib.
Hər kəs səhv edə bilər deyən baş nazir:-“Hər kəs günahlarının cavabını verəcək. Heç kim haqqın məhkəməsindən yayına bilməz. Haqqın məhkəməsindən əvvəl özümüz özümüzü sorğuya çəkməliyik.”-deyib.
Ərdoğan 27 dekab əməliyyatının dövlətə qarşı əməliyyat olduğunu söyləyib. İş adamlarının həbs olunmasına münasibət bildirərək kredit sistemini çökdürmək istədiklərini bildirib.